EN

Starmer Türkiyəyə gəlir: gözlənilən qərar verilə bilər

Britaniya Baş naziri Kir Starmer bu gün Türkiyəyə gəlir.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, bu kritik səfər yalnız Türkiyə və Britaniyada deyil, eyni zamanda Afinada da yaxından izlənilir:

“Türkiyənin almaq istədiyi “Eurofighter” döyüş təyyarələri üzrə proses artıq son mərhələyə çatıb. Almaniyanın satışa “yaşıl işıq” yandırmasından sonra proses sürətlənib və gözlər Starmerin Ankaradakı səfərinə yönəlib. Səfər zamanı razılaşmaya dair son imzaların atılması gözlənilir”.

Qeyd edək ki, Türkiyə “Eurofighter” prosesini İngiltərə vasitəsilə aparır və ön razılaşma iyul ayında Londonla imzalanıb. “Eurofighter” təyyarələri İngiltərə, Almaniya, İspaniya və İtaliyanın iştirak etdiyi bir konsorsium tərəfindən istehsal olunur.

Görüş çərçivəsində 40 “Eurofighter” təyyarəsinin alışı üçün imzaların atılması gözlənilir.

Chosen
31
1
konkret.az

2Sources