EN

Almaniyada 400 minə yaxın ev quşu məhv edildi

Almaniyada quş qripi hallarının artması səbəbindən indiyədək 400 minə yaxın ev quşunun məhv edildiyi bildirilib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Fridrix Löffler İnstitutunun (FLI)" açıqlamasında qeyd olunub ki, quş qripi halları ən ağır keçən 2021-ci ildəki göstəricilərlə oxşarlıq təşkil edir.

Məlumata görə, Almaniyada 30 fermada 400 min toyuq, ördək, qaz və hind quşu məhv edilib və utilizasiya olunub. 

Mütəxəssislər vəziyyətin gələcəkdə necə inkişaf edəcəyini proqnozlaşdırmağın mümkün olmadığını bildiriblər.

İndiyədək ən böyük itkilər Meklenburq-Qərbi Pomeraniya və Brandenburg bölgələrində qeydə alınıb.

Brandenburg əyalətinin Märkisch-Oderland bölgəsi quş qripi səbəbindən daha 130 min quşun məhv ediləcəyini açıqlayıb. Eyni bölgədə bundan əvvəl 150 min ev quşu da məhv edilmişdi.

Qeyd edək ki, 2020–2021-ci illərin qış aylarında Almaniyada 2 milyondan çox ev quşu quş qripi səbəbindən məhv edilməli olmuşdu.

Chosen
60
6
operativmm.az

7Sources