AZ

​Almaniyada 400000 quş məhv edildi

Almaniyada quş qripi hallarının artması səbəbindən indiyə qədər 400000 quş məhv edilib. Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr açıqlama verib. “Fridrix Loeffler” institutu quş qripi hallarının ən ağır il olan 2021-ci ildəki hallarla oxşar olduğunu bildirib. Açıqlamaya görə, Almaniyada 30 fermada 400000 toyuq, ördək, qaz və hinduşka məhv edilib. İndiyə qədər ən böyük itkilər Meklenburq-Qərbi Pomeraniya və Brandenburqda qeydə alınıb. Brandenburqdakı Markiş-Oderland bölgəsinin dairələri quş qripi səbəbindən əlavə 130000 quşun məhv ediləcəyini açıqlayıb. Məlumata görə, eyni bölgədə əvvəllər 150000 quş məhv edilib. Bildirilir ki, Brandenburqun Linumer Teyxland bölgəsində kütləvi durna ölümləri qeydə alınıb.

Qeyd edək ki, Almaniyada 2020-2021-ci illərdə quş qripi səbəbindən 2 milyondan çox quş məhv edilib.

Seçilən
27
6
metbuat.az

7Mənbələr