EN

Albaniyalı "nazir" 83 uşağa hamilədir | VİDEO

BusözləriAlbaniyanın Baş naziri Edi Rama Almaniyanın paytaxtı Berlin şəhərində Qlobal Dialoq (BGD) konfransında çıxışı əsnasında dilə gətirib. O vurğulayıb ki, ölkəsi "Diella"ya hökumətdə vəzifə verməklə böyük riskə gedib, ancaq ilk virtual nazir özünü doğruldub.

"Hazırda nazirimiz "hamilə"dir, yəni83 ədəd yeni Sİ modelihazırlanmaqdadır. "Uşaqlar"deputatlara bu və ya digər işlərdə kömək göstərmək tapşırılacaq.Məsələn, parlamentdə baş verənləri qeydə alacaq, deputatları onların nəzərdən qaçırdıqları müzakirələr və tədbirlər barədə məlumatlandıracaqlar",– Edi Rama bildirib.
Dünyada ilk virtual "nazir" işə başlayıb

Xatırladaq ki, sentyabrın 12-də Albaniyada dünyada ilk dəfə kod və alqoritmlərdən yaradılmış "nazir"ə vəzifə verilib. "Diella" (alban dilində "günəş" deməkdir) adlı virtual məmur əsasən dövlət satınalmaları prosesinə cavabdehdir. Alban milli geyimində avatara və gənc qadın simasına malik "Diella" ölkənin "e-Albania" rəqəmsal hökumət platformasında işləyir.

Firudin Həmidli
AzVision.az
Chosen
12
2
azvision.az

3Sources