AZ

Albaniyalı nazir 83 uşağa hamilədir VİDEO

Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu sözləri Albaniyanın Baş naziri Edi Rama Almaniyanın paytaxtı Berlin şəhərində Qlobal Dialoq (BGD) konfransında çıxışı əsnasında dilə gətirib. O vurğulayıb ki, ölkəsi "Diella"ya hökumətdə vəzifə verməklə böyük riskə gedib, ancaq ilk virtual nazir özünü doğruldub. "Hazırda nazirimiz "hamilə"dir, yəni 83 ədəd yeni Sİ modeli hazırlanmaqdadır. "Uşaqlar" deputatlara bu və ya digər işlərdə kömək göstərmək tapşırılacaq. Məsələn, parlamentdə baş verənləri qeydə alacaq, deputatları onların nəzərdən qaçırdıqları müzakirələr və tədbirlər barədə məlumatlandıracaqlar", – Edi Rama bildirib.

Dünyada ilk virtual "nazir" işə başlayıb

Xatırladaq ki, sentyabrın 12-də Albaniyada dünyada ilk dəfə kod və alqoritmlərdən yaradılmış "nazir"ə vəzifə verilib. "Diella" (alban dilində "günəş" deməkdir) adlı virtual məmur əsasən dövlət satınalmaları prosesinə cavabdehdir. Alban milli geyimində avatara və gənc qadın simasına malik "Diella" ölkənin "e-Albania" rəqəmsal hökumət platformasında işləyir.

Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
azvision.az

3Mənbələr