EN

Qəbələdə maşın 74 yaşlı qadın piyadanı vurub öldürdü

Qəbələdə maşın piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 10 radələrində baş verib.

Belə ki, İlham Balakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Qəbələ şəhəri ərazisində yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Murad İbrahimli

Chosen
26
7
unikal.az

10Sources