Qəbələdə avtomobil piyadanı vurub.
NOCOMMENT.az -ın Şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 10 radələrində Qəbələ şəhəri ərazisində İlham Balakişiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.