Bakı. Trend:
Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində yerləşən,fiziki şəxs Baxşəliyev Rüfət İlqar oğluna məxsus “Mədinə” mərasimevində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarıtərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqiaktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğuməlum olub.
Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, mərasim evinin qida təhlükəsizliyi qeydiyyatındankeçmədən fəaliyyət göstərdiyi, emal sahəsində havalandırmasisteminin quraşdırılmadığı, mətbəxdə masaların bir qisminin asanyuyulub təmizlənən materialdan hazırlanmadığı, soyuducuda rəflərinkorroziyaya məruz qaldığı, işçi heyətin ilkin və dövri tibbimüayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi,müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyənedilib.
Həmçinin mənşəyi məlum olmayan pendir məhsulu aşkarlanıb. Pendirməhsulundan nümunələr götürülərək laborotor müayinələrə cəlbedilib.
Faktla bağlı mərasim evində nöqsanlar aradan qaldırılanadəkişlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb,rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.