AZ

Sabunçu rayonunda “Mədinə” mərasim evində nöqsanlar aşkarlanıb - FOTOLAR

Bakının Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində fiziki şəxs Rüfət İlqar oğlu Baxşəliyevə məxsus “Mədinə” mərasim evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, mərasim evinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mətbəxdə masaların bir qisminin asan yuyulub təmizlənən materialdan hazırlanmadığı, soyuducuda rəflərin korroziyaya məruz qaldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.

Həmçinin mənşəyi məlum olmayan pendir məhsulu aşkarlanıb. Pendir məhsulundan nümunələr götürülərək laborotor müayinələrə cəlb edilib.

Faktla bağlı mərasim evində nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Seçilən
5
3
sia.az

5Mənbələr