EN

Azərbaycanın bəzi bölgələrinə qar yağıb FAKTİKİ HAVA

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 27-si saat 11:00-a olan faktiki hava açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısamüddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Yüksək dağlıq ərazilərdə - Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında isə qar yağıb.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 13, Balakəndə 6, Şahbuzda 5, Zaqatalada 4, Tovuz, Şəki, Sədərək, Şuşa, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Şəmkir, Quba, Qusarda 2 mm-dək qeydə alınıb.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağda 20, Culfa və Naftalanda 18, Mingəçevir və Naxçıvanda 16 m/s-dək güclənib.

Oktyabrın 27-si gündüz, 28-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
38
oxu.az

10Sources