EN

Samsung yeni Galaxy S26-nın təqdimatını təxirə saldı

BAKI, 27 oktyabr. TELEQRAF

"Samsung" şirkəti istehsal prosesində yaranan çətinliklərə görə Galaxy S26 smartfonlarının satışa çıxarılmasını təxirə salıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Elec" nəşri məlumat yayıb.

Məlumata görə, əvvəlcə cihazların təqdimatı 2026-cı ilin yanvarına planlaşdırılsa da, indi bu tarix mart ayına keçə bilər. Şirkət yalnız flaqman model Galaxy S26 Ultranın istehsalına dekabrda başlamağı planlaşdırır, digər modellər isə yanvaradək gecikəcək.

Gecikməyə səbəb kimi şirkətin planlarında gözlənilməz dəyişikliklər göstərilir. Samsung əvvəlcə “Galaxy S26 Edge” seriyasını hazırlamaq niyyətində olsa da, zəif satışlara görə bu ideyadan imtina edib. Əvəzində şirkət “Galaxy S26+” modelini buraxmaq qərarına gəlib.

Yeni seriyaya üç model daxil olacaq: Galaxy S26, S26+ və S26 Ultra. Ekspertlər bildirirlər ki, şirkət prosesi sürətləndirsə, təqdimat fevralda da baş tuta bilər.

Chosen
71
teleqraf.com

1Sources