Bu gün "Formula 1" üzrə Meksika Qran-Prisi baş tutub.
Offsideplus.az xəbər verir ki, yarışın qalibi poulun sahibi "Maklaren"dən Lando Norris olub. İkinci yeri "Ferrari" sürücüsü Şarl Lekler, üçüncü yeri isə "Red Bull"dan Maks Verstappen tutub.
Meksika Qran-Prisində qalib gələn "Maklaren" pilotu Lando Norris xallarının sayını 357-ə çatdıraraq komanda yoldaşı Oskar Piastrini 1 xal qabaqlayıb. M.Verstappen 321 xalla pilotların turnir cədvəlində üçüncüdür.