EN

Sumqayıtda maşın divara çırpıldı - 6 yeniyetmə yaralandı

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq, divara çırpılıb. 

Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) yeniyetmə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.

"Cebheinfo.az" 

Chosen
28
18
cebheinfo.az

10Sources