Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.