EN

Türkiyədən Türkmənistana avtomobil ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – sentyabr aylarında Türkiyədən Türkmənistana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16 ,5 faiz azalaraq, 15 milyon 243 min 97 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin sentyabr ayında Türkmənistana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 1 milyon 653 min 44 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz artaraq, 30 milyard 205 milyon 394 min dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 3 milyard 660 milyon 742 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2024-sentyabr 2025) Türkiyə 40 milyard 496 milyon 651 min dollar məbləğində avtomobil ixrac edib.

Chosen
255
11
turkic.world

10Sources