EN

Zabil Qəhrəmanovun vəkili:”Xuliqanlıq keçmir, indi də dələduzluq ittihamı vermək istəyirlər”

ain.az bildirir, Gununsesi portalına istinadən.

Xuliqanlıqda şübhəli bilinərək saxlanılan vəkil Zabil Qəhrəmanovun vəkili Səadət Seyidli onunla görüşüb .

Gununsesi.info–ya danışan vəkil bildirib ki, Zabil Qəhrəmanov ittihamları rədd edir:”Mən onunla görüşdüm. İttihamın qurama olduğunu bildirdi. Bəyan etdi ki, bu olay Göygöl rayonunda aparılmalıdır. Zabil bildirdi ki, Gəncənin polis rəisi ilə gərgin münasibətləri var. O, işin obyektiv aparılmayacağı qənaətindədir. Biz istintaqa bu barədə etirazımızı yazmışıq”.

Vəkilin sözlərinə görə, sosial şəbəkələrdə yayılan video görüntülərdə də Zabil Qəhrəmanovun Fazil adlı şəxsə xəsarət yetirmədiyi görünür:”Bu ittiham keçmir. İndi dələduzluq ittihamı vermək istəyirlər. Biz öz etirazımızı vermişik. Bütün prosessual addımları atırıq. Onu da deyim ki, Gəncə Vəkil Bürosunun əksər vəkilləri Zabilin müdafiəsindədir”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
icma.az

1Sources