EN

Zabil Qəhrəmanov bu maddə ilə ittiham olunur

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan vəkilə ittiham elan olunub.
 
Moderator.az-ın məlumatına görə, saxlanılan tanınmış vəkil Zabil Qəhrəmanov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur. Hadisə Göygöldə baş verib. Z.Qəhrəmanovun avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək ona xəsarət yetirdiyi bildirilir.
 
Zabil Qəhrəmanovla bağlı təqdimatın bu gün Gəncə şəhər məhkəməsində baxılacağı nəzərdə tutulub.
Chosen
49
1
moderator.az

6Sources