AZ

Gəncədə saxlanılan vəkilə ittiham elan olundu

Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanova ittiham elan olunub.

Publika.az APA-ya istinadla xəbər verir ki, Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur.

Onunla bağlı təqdimata bu gün məhkəmədə baxılacağı gözlənilir.

Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23- də polis tərəfindən saxlanılıb.

Onun Gəncədə avtoyuma məntəqəsində bir nəfərlə mübahisə edərək həmin şəxsə xəsarət yetirdiyi iddia olunur.

Seçilən
29
18
publika.az

6Mənbələr