EN

Messi yeni rekorda imza atdı

BAKI, 25 oktyabr. TELEQRAF

“İnter Mayami” və “Neşvill” arasında MLS-nin pley-off mərhələsinin birinci turunun ilk oyunu baş tutub.

Teleqraf xəbər verir ki, görüş Mayami təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Çəhrayilər”in heyətində Lionel Messi dubla imza atıb. O, bu qollarla MLS-də yeni rekord müəyyənləşdirib.

Belə ki, Messi 39 qolla bir təqvim ilində ən çox qol vuran Denis Buanqa (38 qol, 2013-cü il) və Karlos Velanı (38, 2019) keçib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 3-də keçiriləcək.

Chosen
96
teleqraf.com

1Sources