EN

Luvrdan oğurlanmış qiymətli əşyalar Fransız Bankına köçürülüb

BAKI, 25 oktyabr. TELEQRAF

Oktyabrın 19-da Luvr muzeyindən oğurlanan və sonradan geri qaytarılan qiymətli zinət əşyaları təhlükəsizlik yoxlaması üçün Fransız Bankının anbarına daşınıb.

Teleqraf xəbər verir ki, bu barədə "RTL" məlumat verir.

Mənbənin bildirdiyinə görə, daşınma oktyabrın 24-də gücləndirilmiş mühafizə tədbirləri altında həyata keçirilib. Fransız Bankı Luvrdan cəmi 300 metr məsafədə yerləşir.

Hansı əşyaların daşındığı dəqiq açıqlanmayıb, lakin RTL qeyd edir ki, söhbət həm Apollon Qalereyasındakı kral zinət əşyalarından, həm də muzeyin müxtəlif salonlarında sərgilənmiş digər zərgərlik nümunələrindən gedir. Bütün əşyalar Fransız Bankının əsas təhlükəsiz anbarına yerləşdirilib. 26 metr dərinlikdəki yeraltı anbarda ölkənin qızıl ehtiyatının təxminən 90%-i də saxlanılır.

Xatırladaq ki, oktyabrın 19-dadörd oğru Luvra daxil olub, Apollon Qalereyasındakı vitrini sındıraraq doqquz zinət əşyasını oğurlayıb.

Chosen
126
teleqraf.com

1Sources