Macarıstan ABŞ-ın Rusiyanın neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları aşmaq yollarını axtarır.
Â
"Reuters" xəbər verir ki, bunu ölkənin Baş naziri Viktor Orban Macarıstan radiosuna müsahibəsində deyib.
Â
O bildirib ki, Macarıstanın MOL neft və qaz şirkətinin rəhbərliyi ilə ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar barədə danışıb.
Â
"Biz bu sanksiyaların aşılması yolları üzərində işləyirik", - o, təfərrüatları açıqlamadan bildirib.
Â
MOL-un Macarıstan və Slovakiyadakı neft emalı zavodlarının illik ümumi gücü 14,2 milyon ton neftdir. Bu zavodlar "Drujba" boru kəməri ilə nəql olunan Rusiya neftindən asılıdır.
Â