EN

Yerevanda olmuş Fərhad Məmmədov: "Haradasa razılaşırıq, haradasa yox"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Yerevanda erməni həmkarları ilə görüşən bir qrup Azərbaycan QHT təmsilçisi bu görüşdə nələrin müzakirə olunduğunu açıqlamamaq qərarına gəliblər.

BBC Azərbaycancaya danışan və görüşdə iştirak edən Fərhad Məmmədov deyir ki:

"Belə razılaşdıq ki, hələ ki, bu haqda danışmayaq. Müzakirələr gedir. Ermənistan cəmiyyətini, Azərbaycan cəmiyyətini narahat edən bütün məsələlər müzakirə edilmişdir".

Bu ilin avqust ayında Azərbaycan və Ermənistan liderləri Ağ Evdə Prezident Trampın vasitəçiliyi ilə sülh prosesini təsdiq edən sənədə imza atıblar.

Yerevanda baş tutmuş bu görüş də sülh prosesinin bir hissəsi kimi təqdim olunur.

"Fərqli fikirlər var - haradasa razılaşırıq, haradasa razılaşmırıq. Amma əsas odur ki, sülh gündəliyinin, liderlərin formalaşdırdığı sülh gündəliyinin əsas prinsiplərini paylaşırıq, bölüşürük və dəstəkləyirik".

QHT təmsilçilərini Yerevana Azərbaycana məxsus təyyarə aparıb.

Azərbaycan nümayəndə heyətinin Yerevanda gəzmək imkanı da olub.

"Proqram çərçivəsində şəhərdə gəzinti var idi və biz də təhlükəszilik protokollarına uyğun olaraq, mühafizə ilə birlikdə, amma onlar görsənmirdilər, xüsusi ajiotaj yaradılmırdı, sərbəst şəkildə öz gəzintimizi həyata keçirdik".

Onun sözlərinə görə,Ermənistan nümayındə heyətinin də Azərbaycana gəlməsi nəzərdə tutulub.

"Bu, əlbəttə müzakirələrdən asılı olacaq. Vaxtla bağlı isə səfər reallaşanda xəbərlər veriləcək".

Videoya Youtube kanalımızda baxın.

Chosen
103
bbc.com

1Sources