EN

“Çox ağır məğlubiyyətdir” – Azər Bağırov

“Çox ağır məğlubiyyətdir. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Bəzi epizodlarda nələrsə alınırdı. “Qırmızı”dan sonra bütün oyun planımız pozuldu”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov deyib. O, daha sonra jurnalistlrin suallarını cavablandırıb:

Ötən tur 10 nəfər nəfərlə qalan “Şamaxı”nı məğlub etdiniz, bu gün isə özünüz azlıqda qalıb məğlub oldunuz. Belə demək olar ki, əvvəlki matçdakı qələbə təsadüfi idi?

– Bəlkə də sual doğru deyil. Bu, futboldur. “Şamaxı”da rəqib qırmızı vərəqə alanda biz hesabda öndə idik. Bu gün ilk 25 dəqiqədə komanda pis deyildi.

– İkinci və üçüncü qollar yaxın küncdən vuruldu. Qapıçının performansını necə dəyərləndirirsiniz?

– Şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar. Amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün olduğu qədər çox xal toplamalıyıq.

– Qışda yeni qapıçı transferi gözlənilir?

– Hər şey ola bilər, düşünəcəyik.

– Qapıçı seçiminizdə xüsusi səbəb var idi?

– Xüsusi bir səbəb yoxdur. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik. Spontan qərar deyildi. Həftəlik məşqlərdə diskusiyalar aparırıq.

Chosen
17
10
idmanxeber.az

10Sources