AZ

Azər Bağırov: Çox şey haqda danışmaq olar, amma bu gün susmaq lazımdır

ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Kəpəz" Misli Premyer Liqasının 9-cu turunda Qəbələ şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Çox ağır  məğlubiyyətdir. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Bəzi epizodlarda nələrsə alınırdı. "Qırmızı"dan sonra bütün oyun planımız pozuldu.

- Ötən tur 10 nəfər nəfərlə qalan "Şamaxı"nı məğlub etdiniz,  bu gün isə özünüz azlıqda qalıb məğlub oldunuz. Belə demək olar ki, əvvəlki matçdakı qələbə təsadüfi idi?

- Bəlkə də sual doğru deyil. Bu, futboldur. "Şamaxı"da rəqib qırmızı vərəqə alanda biz hesabda öndə idik. Bu gün ilk 25 dəqiqədə komanda pis deyildi.

- İkinci və üçüncü qollar yaxın küncdən vuruldu. Qapıçının performansını necə dəyərləndirirsiniz?

- Şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar. Amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün olduğu qədər çox xal toplamalıyıq.

- Qışda  yeni qapıçı transferi gözlənilir?

- Hər şey ola bilər, düşünəcəyik.

- Qapıçı seçiminizdə xüsusi səbəb var idi?

- Xüsusi bir səbəb yoxdur. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik. Spontan qərar deyildi. Həftəlik məşqlərdə diskusiyalar aparırıq.

Elçin Əlixan

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
10
sportal.az

10Mənbələr