EN

Ermənistanda kilsəyə məxsus telekanal bağlanır

Ermənistanda Erməni Apostol kilsəsi (EAK) tərəfindən təsis edilən "Şoqakat" televiziya kanalı bağlanır.

Xezerxeber.az bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, bu addım ölkədə ictimai yayım statusuna malik telekanalların sayının azaldılmasını nəzərdə tutan qanun dəyişikliyi ilə əlaqədardır.

Qeyd olunub ki, Ermənistan parlamenti "Audiovizual media haqqında" qanuna dəyişiklikləri sonuncu oxunuşda qəbul edib. Bu dəyişikliklər ictimai televiziya kanallarının sayının ikiyə endirilməsini, maarifləndirici və mədəni proqramların yayımlanması ilə bağlı məcburi tələbin ləğv edilməsini nəzərdə tutur. 

Yeni qərara əsasən, kilsəyə və bir sıra ictimai təşkilatlara məxsus media qurumları ictimai yayım statusundan məhrum ediləcək. Bunun nəticəsində dini və mədəni proqramlar yayımlayan “Şoqakat” telekanalı fəaliyyətini dayandırmalı olacaq.

Chosen
120
13
xezerxeber.az

10Sources