Türkiyənin Bursa şəhərində çəkisi 6 kq-dan çox olan oğlan uşağı dünyaya gəlib.
Gundem.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Ali Atilla adı verilən körpə 2024-2025-ci illər ərzində ölkənin ən kilolu (6 kq 150 qr) yenidoğulanı olub.
Belə ki, ötən il İspaniyada doğulan 6 kiloqramlıq körpə Avropada gündəm olmuşdu.
Xatırladaq ki, bu ilin yanvar ayında Bakıda 6 kq çəkidə körpə dünyaya gəlmişdi.

