EN

Berdıyev komandasının oyunundan razı qalmadı - "səhvlərin üzərində işləyəcəyik"

"Turan Tovuz" Misli premyer-liqasının Şamaxıda keçirilən 9-cu tur matçında “Karvan-Yevlax”a qalib gəldi – 2:1.

“Football-plus.az” xəbər verir ki, “bozqurd”un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidi. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür edirəm. Çünki geridönüş edə bildilər.

- Komandanın oyunu sizi qane etdi?
- Tam razı qalmadım. Səhvlərin üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.

- Rəhim Sadıxovun start heyətində meydana çıxması nə dərəcədə doğrudu?
- Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da qaneedici səviyyədə oynamışdı. Bu səbəbdən, ona ilk “11-lik”də şans verdik.

Chosen
44
1
football-plus.az

2Sources