ain.az, Footbal-plus saytına istinadən bildirir.
"Turan Tovuz" Misli premyer-liqasının Şamaxıda keçirilən 9-cu tur matçında “Karvan-Yevlax”a qalib gəldi – 2:1.“Football-plus.az” xəbər verir ki, “bozqurd”un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.- Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidi. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür edirəm. Çünki geridönüş edə bildilər.- Komandanın oyunu sizi qane etdi?- Tam razı qalmadım. Səhvlərin üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.- Rəhim Sadıxovun start heyətində meydana çıxması nə dərəcədə doğrudu?- Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da qaneedici səviyyədə oynamışdı. Bu səbəbdən, ona ilk “11-lik”də şans verdik.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.