Mənbələrin dediyinə görə, Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri və Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyevin “ABŞ-Rusiya münasibətləri ilə bağlı müzakirələri davam etdirmək” üçün Tramp administrasiyasının rəsmiləri ilə görüşəcəyi gözlənilir.
“Səfər Kremlin Ukraynadakı müharibəni dayandırmaqdan imtina etməsi və Trampın Vladimir Putinlə Budapeştdə gözlənilən zirvə görüşünü ləğv edəcəyi barədə açıqlaması ilə bağlı Vaşinqtonunnarazılığının artması fonunda baş verib. Yeri gəlmişkən, Dmitriyev bu yaxınlarda Alyaska ilə Rusiyanın Uzaq Şərqi arasında“Tramp-Putin” tunelinin inşasınıtəklif edib”,- telekanal xatırladır.
![]() |
| WSJ:“Tramp 3 varinatdan birini seçib” |
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Kirill Dmitriyev Amerikanın sanksiyalarına məruz qalıb. Onda ABŞ-nin Maliyyə nazirliyi onu “Putinin və ailəsinin yaxın adamı” adlandırıb.
Bu ilin aprel ayında bir mənbə CNN telekanalına bildirib ki, ABŞ Dövlət departamentinin ona ölkəyə daxil olmasına viza verə bilməsi üçün Amerika hakimiyyəti Rusiyanın yüksək vəzifəli məmuruna qarşı sanksiyaları müvəqqəti olaraq ləğv edib.
Sahil İsgəndərov
AzVision.az
