EN

Naxçıvanda duz istehsalı dayandırıldı

Naxçıvanda duz istehsalı dayandırıldı

Naxçıvan Duz İstehsalında istehsal və qablaşdırma dayandırılıb

AFN.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb.

Nazirlik əhalinin və duzdan xammal kimi istifadə edən istehsal müəssisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun muxtar respublikaya gətirilməsini nəzarətdə saxlayır.

Chosen
57
29
afn.az

10Sources