EN

Güneyli fəallar ETTELAAT ın təcridxanasında

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İki gün əvvəl Urmiyada saxlanılan Güney Azərbaycan Milli Hərəkatının iki fəalı – Əta Kərimi və Əmir İbrahimli məhkəmədə ittiham irəli sürüldükdən sonra ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasına geri köçürülüblər.

Fəalların ailə üzvləri Urmiya İnqilab Prokurorluğuna gedərək onların vəziyyəti ilə maraqlanmağa çalışsalar da, görüş icazəsi ala bilməyiblər. Məlumata görə, Əta Kərimi qaraciyər piylənməsi, Əmir İbrahimli isə disk yırtığı xəstəliyindən əziyyət çəkir.

Ailələrin təkidinə baxmayaraq, təhlükəsizlik qüvvələri fəalların dərmanlarının çatdırılmasına icazə verməyib.

Həbs zamanı təhlükəsizlik qüvvələri fəalların telefonlarını, iş avadanlıqlarını və digər şəxsi əşyalarını müsadirə ediblər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
1
cebheinfo.az

2Sources