EN

Bilmirəm, bizi yiyəsiz görürlər, ya nədir... Tural Cəlilov partladı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1-ci Liqanın 6-cı turunda "Difai"nin qonağı olan debütant "Şimal" 1:4 hesabı ilə məğlub oldu. "Şimal"ın baş məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb yenilgini şərh etməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bilmirəm nə deyim... Vəziyyətimiz elə də yaxşı deyil, bir tərəfdən də hakimlər bizi "sıxırlar". 5-ci turda "Mingəçevir"ə qarşı keçirdiyimiz oyunda (1:3) birinci qolu biz vurmuşduq, qalib gəlirdik. Oyunçumuza qarşı kobudluq etdilər, yerdə qaldı. Hakim (matçı Kamran Əliyev idarə edib - red.) oyunu davam etdirdi, rəqib həmin hücumu qolla tamamladı. Oyundan sonra həmin epizod barədə özündən soruşdum, deyir: "Düz deyirsən, görməmişəm". Səhvini boynuna aldı. Həmin hakimləri "Difai" ilə oyuna da təyin edilmişdilər. Bu nə dərəcədə düzgündür? Qapımıza verilən penaltidən söhbət gedə bilməzdi, o heç. Rəqib futbolçu qırmızı vərəqə almalı olduğu epizodda da "sarı" verdi. Nə bilim... Bilmirəm, pis çıxmasın, bizi yiyəsiz görürlər, ya nədir, nə məsələdir... Onsuz da maddi sıxıntımızı var, vəziyyətimiz o deyil. Birinci qolu biz vurmuşduq, yaxşı başlamışdıq, amma hakimlərin qərarları bizi "sındırdı". Belə şeylər olanda həvəsdən düşürük. Bu oyunda da uduzduq. Çalışacağıq ki, növbəti qarşılaşmalarda uğur qazanaq".

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
2
fanat.az

3Sources