ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rüsum göstərilən xidmətlərə görə haqqdır. Biz burda rüsumu ayrı qeyd edirik və göstəririk ki, xidmətlərə görə əlavə haqq ödənilir. Əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu artıq kommersiya təşkilatıdır. Biz onda gərək onu vergilərə cəlb edək".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət xidmətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
"Başa düşürəm ki, ölkəyə, bizə pul lazımdır. Bunun üçün mülkiyyət toxunulmazlığını təmin edək, əlverişli biznes mühiti, investisiyayönümlü mühiti yaradıq ki, ölkə iqtisadiyyatı inkişaf etsin və büdcə gəlirləri artsın. Biz də dövlət orqanlarını büdcədən lazımi səviyyədə maliyyələşdirə bilək. Bu formada vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən dövlət orqanının göstərdiyi rüsumdan əlavə xidmət haqqı alması konstitusiyaya ziddir".
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deputat həmkarının çıxışına cavab olaraq qanun layihəsini diqqətlə oxuduğunu bildirib: "Siz konstitusiyaya istinad etdiniz. Konstitusiyada konkret hansı maddənin hansı hissəsinə uyğun gəlmədiyini qeyd etmədiz. Burada dövlət xidmətlərinin göstərilməsi zamanı qanunla müəyyən edilmiş hallardan söhbət gedir. Əgər "Dövlət rüsumları haqqında" qanunla qəbul ediləcək bu qanun arasında hər hansı ziddiyyət olarsa, bunlar bir-birinə uyğunlaşdırılacaq. Amma hesab edirəm ki, konstitusiyaya zidd deyil".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.