"Başa düşürəm ki, ölkəyə, bizə pul lazımdır. Bunun üçün mülkiyyət toxunulmazlığını təmin etmək üçün qanunun aliliyini təmin edək, əlverişli biznes mühiti, investisiyayönümlü mühiti yaradıq ki, ölkə iqtisadiyyatı inkişaf etsin və büdcə gəlirləri artsın, biz də dövlət orqanlarını büdcədən lazımi səviyyədə maliyyələşdirə bilək. Bu formada vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən dövlət orqanının göstərdiyi rüsumdan əlavə xidmət haqqı alması konstitusiyaya ziddir".
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deputat həmkarının çıxışına cavab olaraq qanun layihəsini diqqətlə oxuduğunu bildirib: "Siz konstitusiyaya istinad etdiniz. Konstitusiyada konkret hansı madənin hansı hissəsinə uyğun gəlmədiyini qeyd etmədiniz. Burada dövlət xidmətlərinin göstərilməsi zamanı qanunla müəyyən edilmiş hallardan söhbət gedir. Əgər "Dövlət rüsumları haqqında" qanunla qəbul ediləcək bu qanun arasında hər hansı ziddiyyət olarsa, bunlar bir-birinə uyğunlaşdırılacaq. Amma demək ki, konstitusiyaya ziddir, hesab edirəm ki, zidd deyil".
 
                        