EN

"Xankəndidə keçirilən QHT Forumu ictimai hadisə kimi dəyərləndirilib" - Elməddin Behbud

Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında Xankəndidə keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nu vətəndaş cəmiyyəti üçün mühüm ictimai hadisə kimi dəyərləndirib.

Elməddin Behbud bildirib ki, vətəndaş cəmiyyətinin başlıca komponentlərindən olan qeyri-hökumət təşkilatlarının rəhbərlərini geniş tərkibdə bir araya gətirən forumların keçirilməsi mühüm əhəmiyyət daşıyır:

“Bir neçə gün öncə baş verən belə ictimai hadisə – “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndində keçirilən Forum ölkəmizin QHT sektorunun hədəflərinə, nailiyyətlərinə, vəzifələrinə, vizionuna, həmçinin çatışmazlıqlarına nəzər salınması baxımından vacib idi. Forumun Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrinin yazıldığı Qarabağda, onun regional mərkəzlərindən olan Xankəndidə keçirilməsi QHT-lərin milli maraqların birmənalı ifadəçisi olduğunu və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesinə dəstək məqsədilə səfərbər olmasını nümayiş etdirib".

QHT sədri əlavə edib ki, tədbirdə rəqəmsal transformasiya, türk xalqları arasında əlaqələr və müxtəlif ictimai mövzular müzakirə olunub, yeni ideya və düşüncələr paylaşılıb:

“Forum şəbəkələşmənin dərinləşməsi, eyni zamanda yeni ideyaların formalaşması baxımından da faydalı oldu. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin peşəkar təşkilatçılığı ilə keçirilən tədbirdə QHT-lər maraqlı məruzə və ekspert çıxışlarını dinləmək imkanı qazandı.”

Sonda DANİB sədri ümidvar olduğunu bildirib ki, Forum vətəndaş cəmiyyəti institutları ilə dövlət qurumlarının birgə tərəfdaşlığı nəticəsində praktiki nəticələr verəcək və ictimai aktuallıq kəsb edən problemlərin həllinə töhfə göstərəcək.

Chosen
32
qht.az

1Sources