EN

ABŞ ordusu niyə əfsanəvi "Qara quş"dan imtina etdi?

ABŞ Hərbi Hava Qüvvələri hələ də dünyanın ən sürətli təyyarəsi hesab edilən əfsanəvi "SR-71 Blackbird" kəşfiyyat təyyarəsini fəaliyytdən kənarda saxlayıb.

Publika.az xəbər verir ki, "The National Interest" məsələyə aydınlıq gətirib.

Nəşr qeyd edir ki, bu unikal təyyarənin hava qüvvələrindən kənarlaşdırılması hərbi büdcənin kəsilməsi və kəşfiyyat platformasının texnoloji cəhətdən köhnəlməsi nəticəsində baş verib.

1960-cı illərdə hazırlanmış "SR-71" öz dövrünün mühəndislik dahisinin simvoluna çevrildi. Sürəti saatda 3500 kilometri, hündürlüyü isə 25 kilometri keçə bilən bu döyüş təyyarəsi hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilmədən düşmən ərazisinin dərinliklərinə nüfuz edə bilirdi. Bununla belə, 1980-ci illərdə ABŞ ekipajı riskə atmadan strateji məlumat toplamağa imkan verən peyk kəşfiyyat sistemləri əldə etmişdi.

Bildirilir ki, "SR-71"in istismarı çox baha başa gəlib. Hər "Blackbird" ("Qara quş") missiyası kompleks hazırlıq və texniki xidmət tələb edirdi.

Chosen
129
50
publika.az

10Sources