EN

Ulduzların olduğu canlı verilişdə məşhur aparıcının paltarı cırıldı

"CBS Sports" telekanalında yayımlanan məşhur futbol şousunun aparıcısı Keyt Skott canlı efir zamanı xoşagəlməz vəziyyətlə üzləşib.

Publika.az xəbər verir ki, Skottun yanında futbolun keçmiş ulduzları Tyerri Anri, Ceymi Karrager, Mayka Riçards və Klint Dempsi olub. Sonuncu aparıcını salamladıqdan dərhal sonra qadının paltarı qoltuqaltı hissədən cırılıb.

“Mənim köynəyim cırıldı”, – deyə Skott vəziyyətə reaksiya verib və söhbəti tez bir zamanda İtaliya futboluna yönəltməyə çalışıb.

“Bu nə, Gucci idi?” – deyə Riçards zarafat edib.

Chosen
53
publika.az

1Sources