"İcazə verin, Entso Fernandezə təşəkkür edim".

Offsideplus.az xəbər verir ki, bunu "Çelsi"nin futbolçu Estevao deyib. O, Çempionlar Liqasında ilk qolunu vurmağa şərait yaratdığına görə argentinalı futbolçuya təşəkkür edib:

"O, sensasiyalı oğlandır, mənə penaltini yerinə yetirmək imkanı verdi. Bunu gözləmirdim. Ona baxdım, topu mənə verdi, çox sevindim".

Qeyd edək ki, "Çelsi" - "Ayaks" oyununda (5:1) E. Fernandes penaltini özü yerinə yetirməyərək Estevaoya verib. Braziliyalı futbolçu ÇL-nın tarixində penaltidən qol vuran ən gənc 3-cü futbolçu olub.