UFC reytinqində ikinci yerdə olan rusiyalı qarışıq döyüşçü (MMA) Umar Nurməhəmmədov ideal döyüşçünün obrazını formalaşdırıb.
İdman.Biz-in xəbərinə görə, bu barədə video “UFC on TNT Sports” sosial media portalında yayımlanıb.
Umarın hazırladığı siyahı belədir:
– Güc – Frensis Nqannu.
 – Kardio – Həbib Nurməhəmmədov.
 – Ayaq zərbələri – Castin Getji. 
 – Güləş – Jorj Sen-Pyer.
 – Çənə – Merab Dvalişvili.
 – Sürət – Demetrius Conson.
 – Mikrofonla işi – Çeyl Sonnen.
Xatırladaq ki, 25 oktyabrda Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri) Umar amerikalı Mario Bautista ilə döyüşəcək. İdmançılar UFC 321 turniri çərçivəsində yarışacaqlar.
 
                        