EN

Mingəçevirdə 36 yaşlı şəxs bıçaq xəsarətləri alıb

Mingəçevirdə Ağdam rayon sakini kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb. Yaralı dərhal əməliyyata alınıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən köçkün şəhərciyində baş verib. 1990-cı il təvəllüdlü Ağdam rayon sakini Abbasov Elvin Sərdar  hələ ki məlum olmayan şəraitdə bıçaqla kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb.Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyata alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki  regional qrupundan bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Chosen
10
4
avtosfer.az

5Sources