AZ

Mingəçevirdə 36 yaşlı şəxs bıçaq xəsarətləri alıb

Mingəçevirdə Ağdam rayon sakini kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb. Yaralı dərhal əməliyyata alınıb. 

"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən köçkün şəhərciyində baş verib.

1990-cı il təvəllüdlü Ağdam rayon sakini Abbasov Elvin Sərdar  hələ ki məlum olmayan şəraitdə bıçaqla kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb.Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyata alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki  regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
32
4
unikal.az

5Mənbələr