Bakı. Trend:
NATO-nun "Müdafiə təhsilinin genişləndirilməsi proqramı" (DEEP)çərçivəsində DEEP-in distant təhsil üzrə mütəxəssisləri ilə MilliMüdafiə Universitetinin (MMU) nümayəndələri arasında ilkinqiymətləndirmə görüşü keçirilib.
Trend MüdafiəNazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan vəNATO arasında hərbi təhsil sisteminin və DEEP üzrə əməkdaşlığıncari vəziyyəti təhlil edilib, inkişaf perspektivləri ilə bağlıfikir mübadiləsi aparılıb.
Ölkəmizin NATO ilə əməkdaşlığı çərçivəsində təşkil olunan beləgörüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib və növbətiil üçün qarşılıqlı fəaliyyət planının istiqamətləri müzakirəedilib.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar MMU-nun tabeliyindəfəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrindəseminarlar keçirib, NATO sistemində distant təhsilin təşkili iləbağlı brifinqlər təqdim ediblər.