AZ

MMU-da Azərbaycanın və NATO-nun hərbi təhsil üzrə nümayəndələrinin görüşü keçirilib

Bakı, 23 oktyabr, AZƏRTAC

NATO-nun "Müdafiə təhsilinin genişləndirilməsi proqramı" (DEEP) çərçivəsində DEEP-in distant təhsil üzrə mütəxəssisləri ilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndələri arasında ilkin qiymətləndirmə görüşü olub.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və NATO arasında hərbi təhsil sisteminin və DEEP üzrə əməkdaşlığın cari vəziyyəti təhlil edilib, inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Ölkəmizin NATO ilə əməkdaşlığı çərçivəsində təşkil edilən belə görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib və növbəti il üçün qarşılıqlı fəaliyyət planının istiqamətləri müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində qonaqlar MMU-nun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində seminarlar keçirib, NATO sistemində distant təhsilin təşkili ilə bağlı brifinqlər təqdim ediblər.

Seçilən
42
31
azertag.az

10Mənbələr