EN

Növbəti köç karvanı Xocalının Təzəbinə kəndinə çatıb (FOTO) (YENİLƏNİB)

Bakı.Trend:

Oktyabrın 23-də Xocalı rayonunun Təzəbinə kəndinə yola düşənnövbəti köç karvanı ünvana çatıb.

Trend xəbərverir ki, Xocalı rayonunun Təzəbinə kəndinə bu mərhələdə 12 ailəolmaqla, 55 nəfər keçmiş məcburi köçkün gəlib.

Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasənyataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdən ibarətdir.

xxx

12:25

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbərverir ki, Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlifyerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalardamüvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Təzəbinə kəndinə 12 ailə - 55 nəfər köçürülüb.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətliAzərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət diləyiblər.

Növbəti
Növbəti
Chosen
129
33
az.trend.az

10Sources