AZ

Növbəti köç karvanı Xocalının Təzəbinə kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB - FOTO

Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Təzəbinə kəndinə 17 ailə - 72 nəfər qayıdıb. Sakinlərə mənzillərin açarları təqdim edilib.

Mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, hər iki kənddə müasir infrastruktur qurulub, sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin edilməsi dövlətin əsas prioritet istiqamətlərindəndir. S. Qəhrəmanov vurğulayıb ki, kəndlərdə bərpa-quruculuq işləri planlı şəkildə aparılır, müasir yaşayış evləri, məktəb, sosial obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib.

***

13.26

Köç karvanı Xocalı rayonunun Təzəbinə kəndinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Təzəbinə kəndinə 17 ailə - 72 nəfər köçürülüb.

Növbəti Növbəti Növbəti Növbəti
Seçilən
44
3
apa.az

10Mənbələr