EN

Ət mağazalarında 2 mindən çox nöqsan aşkarlanıb - AQTA

Bu ilin əvvəlindən oktyabrın 22-dək olan dövr ərzində Azərbaycanda 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib, 2521 nöqsan aşkarlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.

Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib ki, bununla bağlı icrası məcburi göstərişlər verilib.

Chosen
59
6
hurriyyet.az

10Sources