EN

"Cəbrayıl"dan ayrılan Bəxtiyar Soltanovun yeni komandası bilindi

Ötən həftə I Liqa təmsilçisi "Cəbrayıl"ın baş məşqçisi postundan ayrılan Bəxtiyar Soltanovun yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, veteran futbolçu Region Liqasında gücünü sınamağa qərar verib. 

O, Region Liqasının debütantı "Marafon"la anlaşıb. Soltanov bundan sonra həvəskarlar çempionatının son qalibinin uğurları üçün çalışacaq. O, yeni komandasında futbolçu kimi çıxış edəcək.

Qeyd edək ki, "Cəbrayıl" Soltanovun rəhbərliyi altında keçirdiyi 5 oyunda cəmi 1 qələbə qazanıb.

Mirağa

Chosen
43
1
fanat.az

2Sources