EN

ABŞ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək

ABŞ çərşənbə günü yerli vaxtla günün ikinci yarısında və ya cümə axşamı səhər Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli şəkildə gücləndirilməsini elan edəcək.

"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, bunu çərşənbə günü Ağ Evdə ABŞ-nin maliyyə naziri Skott Bessent jurnalistlərə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya ilə bağlı yeni sanksiyaların əhəmiyyətli dərəcədə gücləndirilməsini elan edəcək.

"Bunun nə olduğunu görmək üçün gözləməli olacaqsınız", - deyə o əlavə edib.
Chosen
77
2
sherg.az

3Sources