EN

7 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik

7 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.

Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı dərəcələrlə tutulacaq:

2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək: 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın birinədək: 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

2028-ci il yanvarın 1-dən etibarən: 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Məlumat üçün: Hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı və 2 % icbari tibbi sığorta haqqı ödəyir.

Layihəyə əsasən, üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:

Məsələn, aylıq maaşınız 1 000 manatdırsa:

* Gəlir vergisi: 30 ₼* DSMF ayırmaları: 86,00 ₼* İşsizlikdən sığorta haqqı: 5,00 ₼* İcbari tibbi sığorta: 20,00 ₼* Tam əməkhaqqı: 859 ₼ (Qafqazinfo)

Chosen
25
30
afn.az

10Sources