EN

Azərbaycan Fransaya xam neft ixracını 46% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Fransaya 83,4 milyon ABŞ dolları dəyərində 165,1 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Bu barÉ™dÉ™ Finss.az DövlÉ™t Gömrük KomitÉ™sinÉ™ (DGK) istinadÉ™n xÉ™bÉ™r verir ki, Ã¶tÉ™n ilin eyni dövrü ilÉ™ müqayisÉ™dÉ™ ixrac dÉ™yÉ™r ifadÉ™sindÉ™ 26,4 milyon dollar vÉ™ ya 46,2%, hÉ™cm ifadÉ™sindÉ™ isÉ™ 75,4 min ton vÉ™ ya 1,8 dÉ™fÉ™ artıb.

Fransa bu göstərici ilə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr arasında 12-ci pillədə qərarlaşıb.

Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində 16,996 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar (18,8%), həcm ifadəsində isə 612,652 min ton (3,5%) azalma deməkdir.

Fuad Mədətov
Finss.az

Chosen
23
6
fins.az

10Sources